Gəncədə yas mərasimində  zəhərlənənlərin sayı 93 nəfərə çatıb -YENİLƏNİB 3
11 avqust 2024 20:24 (UTC +04:00)

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 93 nəfərə çatıb -YENİLƏNİB 3

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı yenə də artıb.

Lent.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, xəstələrin bəziləri Göygöl rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Yas mərasimdə iştirak edən 93 nəfərin zəhərləndiyi qeyd olunur.

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Agentliyin əməkdaşlarından ibarət mütəxəssis qrupu əraziyə ezam olunub. Hazırda müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticələri barədə məlumat veriləcək.

***

19:48

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, mərasimdə iştirak edən 80-nə yaxın insan xəstəxanaya çatdırılıb.

Zərərçəkənlərə tibbi yardım göstərilir, onların əksəriyyətinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma davam etdirilir.

 

 

***

19:12

 

Gəncədə yas mərasimində kütləvi zəhərlənmə olub.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, zəhərlənən vətəndaşların sayı 60-a çatıb.

Məlumata görə, bu say daha da arta bilər.

 

***

18:36

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonda keçirilən yas mərasimlərin birində baş verib.

Belə ki, 40 nəfərdən çox vətəndaş zəhərlənmə şikayəti ilə xəstəxanaya müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1341
avatar

Oxşar yazılar