Lent.az real insan həyatları əsasında çəkilmiş 15 gözəl film haqqında məlumatı təqdim edir.
“12 İllik köləlik”
Bu bioqrafik dram filmi skripkaçı Solomon Nortapın həyatını lentə alır. Günlərin bir günü Nyu-Yorklu Solomon Vaşinqtonda maraqlı bir iş təklifi alır. Azad həyat yaşayan qaradərili Solomonu 1841-ci ildə bu iş təklifi ilə oğurlayıb köləyə çevirirlər. Beləliklə Solomonun 12 il davam edən əsirlik həyatı başlayır. O, ağlının, intellektinin, iradəsinin hesabına köləlikdən xilas ola bilir. 2014-cü ildə “12 illik köləlik” ilin ən yaxşı filmi kimi “Oskar” mükafatı qazanıb.
“Bacarırsansa tut”
Frenk Ebeqneyl hələ 18 yaşına çatmamış çox ağıllı bir fırıldaqçıdır. 16 yaşında ikən başladığı qəbz saxtakarlığını 26 ölkədə davam etdirərək külli miqdarda pul qazanır. FBI agenti Karl Hanratti isə onun izinə düşür. Stiven Spilberqin rejissoru olduğu bu film Leonardo DiKaprio, Tom Henks, Kristofer Uoken və Emi Adams kimi məşhur Hollivud ulduzlarını birləşdirir.
“Dallaslı alıcılar klubu”
Bu film narkotik asılılığı olan QİÇS daşıyıcısı Ron Vudrufun həyatından ilhamlanıb. Rona 1986-cı ildə QİÇS-ə görə 30 günlük ömrü qaldığı bildirilir. Diaqnozdan dərhal sonra qanuni olaraq istifadə edə biləcəyi tək dərman olan AZT-ni almağa başlayan Ron sürətlə ölümə yaxınlaşdığını hiss edir. Çarəni ABŞ-da qanuni olmayan, amma bütün dünyada tapılan təbii mənşəli preparatı almaqda görən Ron tədricən çevrəsinə özü kimi insanları cəlb edərək “Dallaslı alıcılar klubu”nu yaradır. Bu klub alternativ tibbə üstünlük verən hər kəsin köməyinə çatır, Ron isə həkimlərin dediyi kimi 30 gün yox, düz 2191 gün yaşaya bilir!
“Yaşıl kitab” 2018
Rejissor Piter Farellinin “Yaşıl kitab” filmi müxtəlif təbəqələrdən olan iki şəxsin, yəni məşhur afroamerikalı caz pianoçusu ilə Nyu-York şəhərindən olan italyan mənşəli gözətçi arasındakı dostluqdan danışır. Onların dostluğu 1962-ci ildə Amerikanın cənubunda konsert turnesi zamanı, afroamerikalıların Cim Krou ərazisində təhlükəsiz səyahət etmələri üçün yazılan “Yaşıl kitab” adlı kitabçadan istifadə edərkən başlayır. Filmin ssenari müəllifi Toni Lipin oğlu Nik Vallelonqa atasının ona danışdığı hekayəni qələmə alıb. O hətta filmdə Toni Lipin səfərdə olarkən həyat yoldaşı Dolorisə yazdığı əsl məktublardan da istifadə edib.
“Qalmaqal”
“Qalmaqal” filmi “Fox News”un qurucusu və baş direktoru Rocer Eylsın təcavüz qalmaqalının pərdə arxasından bəhs edir. 2016-cı ildə televiziya şərhçisi Qreçen Karlson Meqin Kelli və bir çox digər qadının Rocer Eyslın təcavüzünə məruz qaldığını elan edir. Film izləyicilərinə bu hadisənin ifşa olunmasını və arxasında duran media müdirinin hekayəsini nümayiş etdirir. Filmdə illər əvvəl NBC kanalında aparıcılıq edən Meqin Kellini Şarliz Teron, televiziya şərhçisi Qreçen Karlsonu Nikol Kidman, Kaylo Pospisili isə Marqo Robbi canlandırır.
“Amerikansayağı kələk”
1970-ci illərdə baş vermiş hekayədən ilhamlanan bu filmdə usta kələkbaz İrvinq Rozenfeld və iş ortağı Sidney Prosser gənc və istedadlı FBI agenti olan Rişi DiMaso tərəfindən saxlanılır. Mühakimə olunmamaq üçün isə yeganə çıxış yolları var: FBI üçün çalışmaq... Onlar bu təklifi qəbul edib elə özləri kimi fırıldaqçıların izinə düşürlər. Agent DiMaso və iş yoldaşlarının planına əsasən onlar Ərəb şeyxinin idarə etdiyi “Atlantik Siti”də məşhur qumarbazların da iştirak etdiyi böyük bir oyunu təşkil edirlər. Əvvəl-əvvəl kifayət qədər məsum və ağıllı görünən bu plan zaman keçdikcə dəyişməyə başlayır. Ulduz heyəti ilə diqqət çəkən filmin aktyorları arasında Cennifer Lourens, Bredli Kuper, Kristian Beyl, Emi Adams və Ceremi Renner var.
“İmitasiya oyunu”
“İmitasiya oyunu” filmi II Dünya Müharibəsində ingilis riyaziyyatçısı Alan Türinqin Eniqma kodunun sındırılmasına köməyindən bəhs edir. Ssenari Alanın evinə edilən basqından sonra Nok və Stil adlı polislərin onun evinə gəlməsi ilə başlayır. Türinqin şübhəli davranışı və hərbi xidməti başa vurması haqda qeydlərin tapılmaması isə Nokda onun SSRİ casusu olması haqqında şübhə oyadır.Triller və hərbi-bioqrafik dram janrında olan bu filmi Qrem Murun ssenarisi əsasında rejissor Morten Tildum çəkib. Film, 8 nominasiyada Oskara namizəd göstərilsə də, yalnız “Ən Yaxşı Adaptasiya Edilmiş Ssenari” nominasiyasında qalib olmağı bacarıb.
“Amerika cinayəti”
Baş rollarda Ellen Peyc, Hayley Makfarland və Ketrin Keenerin oynadığı "Amerika cinayəti" dram filmi 1965-ci ildə Amerikanın İndianapolis əyalətində baş vermiş dəhşətli cinayətdən bəhs
“Limitsiz klub”
2014-cü ildə Qızıl Qlobus və Akademiya Mükafatlarına layiq görülən bu filmdə baş rollarda Metyu Makkonaxi, Cennifer Qarner və Jared Leto yer alır. Rejissor Jean-Marc Vallée-nin gerçək hekayədən uyğunlaşdırılmış bioqrafik filmi, HİV-ə yoluxmuş Ron Vudroof adlı narkomandan bəhs edir.
“Təhlükəli gəzinti”
Uğurlu rejissor Robert Zemekkisin rejissorluğu ilə çəkilmiş “Təhlükəli gəzinti” bioqrafik filmində baş rollarda Cozef Qordon-Lyuitt, Ben Kinqsli və Şarlotta Le Bon çəkilib. Dünya Ticarət Mərkəzinin qüllələri arasında təhlükəli gəzinti edən Filipp Petit adlı fransız iplə gəzintiçinin əsl hekayəsindən bəhs edən film 1974-cü ildə baş verir.
“Azadlıq yolu”
Şon Pennin Emile Hirsch, Marcia Gay Harden və Villiam Hurtun baş rollarda çəkildiyi “İnto The Wild” filmi iki kateqoriya üzrə Oskara namizəd olub. Uğurlu bir tələbə kimi yaxşı bir universiteti bitirən Kristofer həyatında nəyinsə çatışmadığını dərindən hiss edir və hər şeyi geridə qoyub Alyaskanın vəhşi təbiətinə doğru səyahətə çıxır.
“Duyğuların rəngi”
Baş rollarında Emma Stoun, Jessica Chastain, Viola Davis və Bryce Dallas Hovard oynayan bu filmdə 3 qadınınçılğın macərası yer alıb.
“Patch Adams”
35 yaşında insanlara kömək etmək istədiyini kəşf edən, tibb fakültəsinə daxil olan və xəstələri üzərində müxtəlif üsullar sınaqdan keçirən Patch Adams adlı bir həkimin əsl hekayəsindən uyğunlaşdırılmış bu filmi çox sevəcəksiniz. Filmin şüarı budur- sevgi hər şeyi müalicə edə bilər!
“8 mil”
Məşhur reper Eminem, Kim Basinger və Mekhi Phiferin rol aldığı “8 Mil” filminin rejissoru Kertis Hansondur. Qaradərililərin üstünlük təşkil etdiyi Rep musiqi dünyasında Eminemin kiçik bir şəhərdən yüksələrək fenomenal ulduza çevrilməsindən bəhs edən realist “8 Mile” filminə mütləq baxmalısınız.