Mehriban Əliyeva Olimpiya Oyunlarının bürünc mükafatçısını təbrik edib
11 avqust 2024 10:37 (UTC +04:00)

Mehriban Əliyeva Olimpiya Oyunlarının bürünc mükafatçısını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Paris Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili ilə bağlı paylaşım edib.

Lent.az xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Paris Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır! İdmançımızı təbrik edir, ona yeni qələbələr nailiyyətlər arzulayıram!”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 336
avatar

Oxşar yazılar