Beyləqanda AĞIR QƏZA:  ölən və yaralılar var
11 avqust 2024 10:43 (UTC +04:00)

Beyləqanda AĞIR QƏZA: ölən və yaralılar var

Beyləqanda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Beyləqan-Daşburun yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki minik maşınlarının toqquşması nəticəsində ölən və xəsarət alanlar olub.

Avtoqəza zamanı Xankişiyev Qabil Dədəkişi oğlu həyatın itirib. Kərimov İmamqulu Əsəd oğlu, Quliyev Ağa Təvəkkül oğlu, Hüseynov Şəhriyar İman oğlu, Fərzəliyev Elvin Salman oğlu xəsarət alıblar.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Beyləqan rayon polis şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447
avatar

Oxşar yazılar