"Bura qızıl medal üçün gəlmişdim" - Maqomedxan Maqomedov -VİDEO
11 avqust 2024 18:11 (UTC +04:00)

"Bura qızıl medal üçün gəlmişdim" - Maqomedxan Maqomedov -VİDEO

Paris-2024 Yay Olimpiadasında sərbəst güləş yarışlarında ölkəmizi təmsil edən Maqomedxan Maqomedov bürünc medal qazanıb.

Apasport.az xəbər verir ki, güləşçimiz üçüncülük görüşündəki qələbəsindən sonra jurnalistlərə açıqlama verib:

"Nəticəmdən razıyam. Medalsız da qala bilərdim. Amma bura qızıl medal üçün gəlmişdim. Özümü buna hazırlasam da, istəyimi reallaşdıra bilmədim. İllik hazırlıq prosesi plana uyğun getmişdi.

Bundan sonrakı planlarım? Hələ ki, evə gedib dincəlmək və bərpa prosesi keçməyi düşünürəm. Sonrasına baxarıq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495
avatar

Oxşar yazılar