İnsultdan sonra ağır idman təhlükəlidir? - Mif dağıldı
11 avqust 2024 01:59 (UTC +04:00)

İnsultdan sonra ağır idman təhlükəlidir? - Mif dağıldı

Qısa, intensiv fiziki fəaliyyət insultun bərpası üçün daha faydalı ola bilər.

Lent.az xəbər verir ki, bu barədə Amerika Kardiologiya Assosiasiyası (AHA) məlumat yayıb.

Təcrübədə 40 yaşdan 80 yaşa qədər altı aydan beş il əvvələ qədər insult keçirmiş 82 kişi və qadın iştirak edib. Onlar təsadüfi olaraq qruplara ayrılıblar.

Üç ay ərzində bəzi xəstələr həftədə üç dəfə yüksək intensivlikli interval təlimi, qalan iştirakçılar isə orta səviyyədə məşq ediblər.

Təcrübə zamanı birinci qrupdakı şəxslərin kardio dözümlülük səviyyələri orta məşq qrupuna nisbətən iki dəfə artıb.

Bu təcrübə də uzun illət mövcud olan “insultdan sonra ağır idmanla məşğul olmaq olmaz” mifini darmadağın edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 414
avatar

Oxşar yazılar