Rəqibinə 10:0 hesabı  ilə qalib gələn idmançımız bürünc medal qazandı
11 avqust 2024 14:47 (UTC +04:00)

Rəqibinə 10:0 hesabı ilə qalib gələn idmançımız bürünc medal qazandı

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ölkəmizi sərbəst güləşdə təmsil edən Maqomedxan Maqomedov bürünc medal uğrunda görüşə çıxıb. 

Apasport.az xəbər verir ki, 97 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımızın rəqibi Ukraynanı təmsil edən Murazi Mçedlidze olub. 

Rəqibinə 10:0 hesabı ilə qalib gələn təmsilçimiz Olimpiadanın bürünc medalına sahib çıxıb.

 

***

13:51

 

Paris-2024 Yay Olimpiya Oyunlarında güləş yarışları yekunlaşmaq üzrədir.

Apasport.az xəbər verir ki, bu gün 97 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Maqomedxan Maqomedov bürünc medal uğrunda görüşə çıxacaq.

Onun rəqibi Ukrayna təmsilçisi Murazi Mçedlidze olacaq. Mçedlidze bundan əvvəl CAR-lı Nikolaas De Lanjı məğlub edib - 5:3.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 903
avatar

Oxşar yazılar