Göygöldə restoranda zəhərlənənlərin sayı 20 nəfərə çatıb  - YENİLƏNİB
11 avqust 2024 19:19 (UTC +04:00)

Göygöldə restoranda zəhərlənənlərin sayı 20 nəfərə çatıb - YENİLƏNİB

Göygöldə restoranda zəhərlənənlərin sayı 20 nəfərə çatıb.

Lent.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosu məlumat verib.

***

18:23

 

Göygöldə zəhərlənmə hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Toğanalı kəndindəki restoranların birində qeydə alınıb.

Hadisə yerinə Göygöl Polis Şöbəsinin və Təcili Tibbi Yardım briqadasının əməkdaşları cəlb olunub.

Məlumata görə, Gəncə şəhərindən də hadisə yerinə Təcili Tibbi Yardım briqadaları yollanıb.

Zəhərlənmənin vətəndaşların özləri ilə restorana gətirdiyi qidaların səbəb olduğu ehtimal edilir.

 

***

17:50

 

Göygöldə zəhərlənmə hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun ərazisində yerləşən restoranların birində qeydə alınıb.

Belə ki restoranda bir neçə nəfər zəhərlənib. Əraziyə təcilli tibbi yardım briqadaları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3786
avatar

Oxşar yazılar