"Toppuş" xanımlarla  evlənənlər daha xoşbəxt olurmuş
10 avqust 2024 18:12 (UTC +04:00)

"Toppuş" xanımlarla evlənənlər daha xoşbəxt olurmuş

Türkiyənin Bilkent Universitetinin tabeliyində faəliyyət göstərən Milli Nanotexnologiya Tədqiqat mərkəzi maraqlı məlumat yayıb.

Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, həmin açıqlamada kilolu, "balıq ətli"  deyilən qadınlarla evlənən kişilərin daha xoşbəxt olduqları qeyd olunub.

Tədqiqatın nəticəsinə görə, toppuş qadınlarla evli olan kişilər arıq qadınlarla evli olan kişilərə nisbətən 10 dəfə daha çox xoşbəxtdirlər. Tədqiqatçılar bunun səbəbini çəkili qadınların daha zarafatcıl və pozitiv olmaları ilə əlaqələndiriblər.

Qeyd edək ki, oxşar tədqiqat Meksikada da aparılıb. Hər iki ölkədə alimlər eyni qənaətə gəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar