Azərbaycan Paris Olimpiadasını 7 medalla  başa vurdu
11 avqust 2024 15:50 (UTC +04:00)

Azərbaycan Paris Olimpiadasını 7 medalla başa vurdu

Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan təmsilçiləri çıxışlarını başa vurub.

Apasport.az xəbər verir ki, ümumilikdə 48 idmançımızdan 7-si aktivinə medal yazdırmağı bacarıb.

Azərbaycan hazırda medal sıralamasında 28-cidir.

Medal qazanmış idmançılarımızın siyahısını təqdim edirik:

Cüdo:

Hidayət Heydərov (73 kq) - qızıl

Zelim Kotsoyev (100 kq) - qızıl

Boks:

Alfonso Dominges (92 kq) - gümüş

Taekvondo:

Qaşım Maqomedov (58 kq) - gümüş

Yunan-Roma güləşi:

Həsrət Cəfərov (67 kq) - bürünc

Sərbəst güləş: 

Giorgi Meşvildişvili (125 kq) - bürünc

Maqomedxan Maqomedov (97 kq) - bürünc

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609
avatar

Oxşar yazılar