Paris 2024-də ölümcül fənd  – Rəqibinin boynunu qıracaqdı -VİDEO
11 avqust 2024 05:59 (UTC +04:00)

Paris 2024-də ölümcül fənd – Rəqibinin boynunu qıracaqdı -VİDEO

Rəqibinin ona qarşı istifadə etdiyi fənddən sonra rumıniyalı qadın güləşçi Katalina Aksenteni döşəkdən xərəklə çıxarıblar.

Lent.az xəbər verir ki, qadınlar arasında 76 kq çəki dərəcəsində mübarizə aparan güləşçilər amerikalı Aleksis Kennedi Bleyds və rumıniyalı Katalina Aksente üz-üzə gəlib.

Qarşılaşmanın ikinci raundunun bitməsinə 1 dəqiqə 35 saniyə qalmış amerikalı güləşçi rumıniyalı rəqibini öz üzərindən arxaya atıb.

Bu fəddən sonra boynu zədələndiyi üçün uzun müddət döşəkdə Aksente həkimlərin müşayəti ilə döşəkdən xərəklə çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1818
avatar

Oxşar yazılar