Keçmiş prezident arvadına işgəncə verdi
10 avqust 2024 18:55 (UTC +04:00)

Keçmiş prezident arvadına işgəncə verdi

Argentinanın keçmiş prezidenti Alberto Fernandesə qarşı qadına şiddətə görə cinayət işi açılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, onun xanımı Fabiola Yanes əri tərəfindən fiziki və mənəvi şiddətə məruz qaldığını iddia edərək, məhkəməyə üz tutub. Məhkəmə keçmiş prezident barəsində zərərçəkəndən uzaqlaşdırılma və ölkədən çıxışa qadağa qərarı verib.

Sosial şəbəkələrdə isə Yanesin bədənindəki xəsarət izləri və əri ilə “Üç gündür məni vurursan” deyə yazışmaları yayılıb. Məhkəmə qadının həmin xəsarət fotolarını da qərar verərkən əsas götürüb.

Ancaq Fernandes bu ittihamları qəbul etməyib və məhkəmədə həqiqəti söyləcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 477
avatar

Oxşar yazılar