Gəncədə sərnişin avtobusu "Range Rover"ə çırpıldı, 8 yaralı var
15 iyun 2026 17:50 (UTC +04:00)

Gəncədə sərnişin avtobusu "Range Rover"ə çırpıldı, 8 yaralı var

0

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, şəhərin çıxışında, Gəncə-Goranboy xətti üzrə hərəkət edən "Hyundai" markalı sərnişin avtobusu "Range Rover"ə çırpılıb. Qəza nəticəsində avtobusda olan sərnişinlərdən 8 nəfərin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Məlumata görə, qəzada 1998-ci il təvəllüdlü Ə.Əliyev, 2000-ci il təvəllüdlü A.Mehdiyev, 1995-ci il təvəllüdlü S.Məmmədova, 1986-cı il təvəllüdlü E.Həsənova, 1989-cu il təvəllüdlü Ə.Süleymanov, 2024-cü il təvəllüdlü Ə.Süleymanova, 2022-ci il təvəllüdlü M.Süleymanova və 1996-cı il R.Məmmədova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar