Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi porspektində qeydə alınıb.
Hərəkətdə olan "KIA OPTIMA" markalı minik maşınının sürücüsü idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq işıq dirəyinə, daha sonra isə yol kənarındakı geyim mağazasına çırpılıb.
Qəza zamanı xəsarət alan olmasa da avtomobilə və mağazaya ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu