Gəncədə ana və övladı  dəm qazından zəhərləndi
07 fevral 2025 08:45 (UTC +04:00)

Gəncədə ana və övladı dəm qazından zəhərləndi

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınb.

Belə ki,1990-ci il təvəllüdlü L.Cəfərova və onun övladı 2011-ci il təvəllüdlü Ömər Cəfərov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiliblər.

Dərhal ana və övladına tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, onlar yaşadıqları evin qonaq otağında dəm qazından zəhərləniblər.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 465

Oxşar yazılar