Gəncədə ağır qəza: ölən var
09 aprel 2026 07:00 (UTC +04:00)

Gəncədə ağır qəza: ölən var

0

Gəncədə iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Chevrolet” və “VAZ” markalı minik avtomobilləri toqquşub, nəticədə 1953-cü il təvəllüdlü M.Məmmədov hadisə yerində həyatını itirib, sərnişini 2010 -cü il təvəllüdlü M.Qədimov isə xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1426

Oxşar yazılar