Gənc oğlan işlədiyi evdən 30 minlik oğurluq  etdi
08 aprel 2026 12:08 (UTC +04:00)

Gənc oğlan işlədiyi evdən 30 minlik oğurluq etdi

0

Bakının Xəzər rayonunda oğurluq hadisəsi qeydə alınıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, naməlum şəxs rayon ərazisində yerləşən evlərin birindən müxtəlif zamanlarda ümumilikdə 30 min manat dəyərində qızıl-zinət, məişət və geyim əşyaları oğurlayıb. Bu barədə zərərçəkən polisə müraciət edib.

Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin evdə çalışan 29 yaşlı N.İbrahimzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar