Əfqanıstanda partlayış nəticəsində 15 nəfər ölüb
27 noyabr 2019 20:57 (UTC +04:00)

Əfqanıstanda partlayış nəticəsində 15 nəfər ölüb

 

Əfqanıstanın şimalında magistral yolda içərisinə partlayıcı yerləşdirilmiş avtomobilin partladılması nəticəsində 15 nəfər həlak olub, iki nəfər yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, hadisə Əfqanıstanın Qunduz əyalətində baş verib. 

Ölənlərdən birinin altı yaşlı uşaq olduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1240
avatar

Oxşar yazılar