Biləsuvarda baş verən faciəli hadisənin təfərrüatıları məlum olub.
Lent.az-ın əldə etdi məlumata görə, xəbər verildiyi kimi, hadisə noyabrın 30-da rayonun Xırmandalı kəndində qeydə alınıb.
Kənd ərazisində Sabirabad rayon sakinləri 35 yaşlı Aqşin Gülməmmədov və 36 yaşlı Novruz Mənəfov dayaq qurma işləri ilə məşğul olarkən avtosəbətdən yıxılıblar.
Novruz Mənəfov hadisə yerində ölüb.
Xəstəxanaya yerləşdirilən Aqşin Gülməmmədovun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.