Fahişəxana işlədən 64 yaşlı təqaüdçü  saxlanıldı
10 aprel 2025 11:08 (UTC +04:00)

Fahişəxana işlədən 64 yaşlı təqaüdçü saxlanıldı

Rusiyanın Krasnoyarsk diyarında hüquq-mühafizə orqanlarının əməkdaşları 64 yaşlı təqaüdçünü fahişəxana təşkil etdiyinə görə saxlayıblar.

Lent.az yerli mediaya istinadla bildirir ki, 64, 42, 37 və 24 yaşlı dörd yerli sakin barəsində cinayət işi açılıb.

Onların hər biri iştirakından asılı olaraq, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 241-ci maddəsinin 1-ci hissəsi və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 240-cı maddəsinin 3-cü hissəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinir.

İstintaqın məlumatına görə, təqaüdçü 2022-2023-cü illərdə cinayətkar qrup təşkil edib. Cinayət işi üzrə təqsirləndirilən şəxslər Krasnoyarskda yerlər tapıb və pullu seks xidmətləri göstərmək üçün masaj salonu, eləcə də striptiz klubu adı altında əxlaqsızlıq yuvaları yaradıblar.

O, hazırda həbsdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1502

Oxşar yazılar