Rusiyanın Həştərxan vilayətində qardaş bacısını evə gec gəldiyi üçün vəhşicəsinə döyüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, bu günlərdə 19 yaşlı qız üzündən xəsarətlər alan qız tibb müəssisəsinə müraciət edib. O izah edib ki, dərsdən sonra sevgilisi ilə gəzintiyə çıxıb və axşam saat doqquz radələrində evə qayıdıb. Anası ondan evə niyə gec qayıtdığını soruşduqda qızı dostları ilə vaxt keçirdiyini deyib.
Onların söhbətinə 30 yaşlı qardaşı da qoşulub. O, kiçik bacısının telefonunu yoxlamaq istəyib, bacısı bundan imtina edib. Kişi daha sonra qızın üzünə bir neçə dəfə vurub, sonra saçından tutub qarın nahiyəsinə bir neçə zərbə endirib. Ana oğlundan dayanmasını istəyib, lakin o, bacısının üz-gözündən qan axanadək dayanmayıb.
Kişi barəsində sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb. Onu səkkiz ilə qədər həbs cəzası gözləyir.