Türkiyənin Sakarya vilayətində ərlə arvadın arasında kəskin mübahisə yaranıb.
Lent.az xəbər verir ki, nəticədə onlardan biri avtomobili yararsız vəziyyətə gətirib, digəri isə yaşadıqları evi yandırıb.
Mübahisə zamanı bərk qəzəblənən qadın baltanı götürərək avtomobilə hücum edib. Bunu görən əri isə yaşadıqları iki mərtəbəli evi yandırıb.