Yaponiyanın “Aum Şinrikyo” terror təriqətinin qurucusu və lideri, Şyeko Asahara kimi tanınan Tidzuo Matsumoto 2018-ci ilin iyulunda psixiatrlar onu ağlı başında olduğunu bildirəndən və məhkumun ruhi xəstəlikləri təqlid edə biləcəyinə işarə etdikdən sonra asılmışdı.
Lent.az xarici mediyaya istinadən məlumat verir ki, 2021-ci ildən bəri Asaharanın qohumları onun asılması qərarının qanunsuz elan edilməsini tələb edir və onun əqli cəhətdən dəli olmasında israr edirlər. Belə olan halda Yaponiya qanunvericiliyi Ədliyyə Nazirliyi rəhbərinin qərarının ləğvini nəzərdə tutur. İndi də Asaharanın qohumları onlara imtahanların ilkin sənədlərini təqdim etməyi tələb edir, həmçinin dövlətdən pul təzminatı almağa ümid edirlər.
Xatırladaq ki, "Aum Sinrikyo" Syoko Asaxaru tərəfindən 1987-ci ildə Yaponiyada yaradılıb. 1995-ci ilin martında sekta üzvləri Tokio metrosuna zəhərləyici zarin maddəsi səpiblər. Həmin zaman 13 nəfər ölüb, 6,3 min insan ağır dərəcədə zəhərlənib.