Dünənki yol qəzalarında 3 nəfər ölüb
17 dekabr 2021 09:40 (UTC +04:00)

Dünənki yol qəzalarında 3 nəfər ölüb

0

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 42 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 80 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 19 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1260

Oxşar yazılar