Ötən gün Azərbaycanda daha bir neçə kibercinayətkarlıq halı qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, vətəndaşlar daha çox əmək sərf etmədən pul qazanmaq vədlərinə inanaraq, dələduzluğa məruz qalıblar.
Dələduzluq hallarının hamısı yenə bank kartları məlumatlarının kibercinayətkarlara verilməsi nəticəsində meydana gəlib.
Nəticədə 22 nəfərin ümumilikdə 43 min 552 manat pulu ələ keçirilib.
Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara çağırış edərək bildirir ki, bank kartı məlumatlarını tanımadıqları şəxslərə verməyin.