Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü  - BAKIDA
23 aprel 2024 14:00 (UTC +04:00)

Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA

Bakıda daha bir məhkum həbsxanada ölüb.

Lent.az-ın məlumatına görə, Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan 65 yaşlı Namazov Güloğlan Rəşid oğlu dünyasını dəyişib.

Onun xəstəlik səbəbilə öldüyü bildirilir.

Qeyd edək ki, G. Namazov 2012-ci ildə Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində bələdiyyə binasının önündə qətl törədib. O, qonşusu Əziz Lalayevi bıçaqlayıb. Ə. Lalayev aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

# 2487
avatar

Mehman Nəbiyev

Oxşar yazılar