DİN-dən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq: ALDANMAYIN!
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçilərinə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sosial şəbəkələrdə, xüsusən "Instagram" platformasında pullu xidmət qarşılığında dələduzluq əməllərinin artması müşahidə olunur.
Aldatma, etibardan sui-istifadə etmək yolu ilə müxtəlif adlar altında təklif edilən xidmətlər sırasında belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesab parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izlənilməsinin mümkünlüyü ilə bağlı vədlər verir. Bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxararaq, ödənişi onlayn formada qəbul etdikdən sonra səhifələri sifarişçiyə təqdim olunmur.
Virtual məkanda yüksək əmək haqqı müqabilində işə düzəltmək adı ilə də vətəndaşlarımızı aldadan şəxslər “xidmət” göstərirlər. Onlar şəbəkədə yerləşdirdikləri elanlarla bağlı müraciət edən vətəndaşlardan anket məlumatı və qeydiyyatdan keçirmələri üçün müəyyən məbləğdə pul köçürmələrini tələb edirlər. Pullar hesaba köçürüldükdən sonra vəsaitləri çıxararaq həmin səhifələri bağlayırlar.
Çağırışları ilə diqqəti özünə cəlb edən şəxslərin profilləri onu göstərir ki, onların bu "xidmət"lərindən çox təəssüf ki, istifadə edənlər də var.
Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına da bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını, fotolarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik-deyə nazirliyin məlumatında bildirilir.
Nazirlik vətəndaşları sosial şəbəkələrdə ayıq-sayıq və diqqətli olmağa çağırır, bu tipli səhifələrə ödəniş etmədən öncə DİN-in təsdiq ikonlu “polisazerbaycan” adlı səhifələrinə yazaraq dələduzluq faktı ilə üzləşmədən məlumat vermələri xahiş olunur.

Lamiyə Məmmədova
Oxşar yazılar

İntiharlarla bağlı baş prokurordan AÇIQLAMA
26 fevral 2021 , 19:06
Yevlaxda 30 yaşlı kişi faciəli şəkildə öldü
26 fevral 2021 , 18:04
Azərbaycanda 1 nəfər evində yanıb, 1 nəfərin meyiti isə... -VİDEO
26 fevral 2021 , 11:57
Bakıda baş verən qəza hərəkəti iflic etdi
26 fevral 2021 , 10:05
Rəsm qalereyasında baş verən yanğın söndürüldü - FOTO
26 fevral 2021 , 02:10
Suqovuşan yolunda vəzifəli şəxslərin maşını aşdı
25 fevral 2021 , 17:10
Azərbaycanda 87 yaşlı qadın diri-diri yandı
25 fevral 2021 , 16:11
Mülki vətəndaşımız minaya düşdü
25 fevral 2021 , 15:44