Deputatın adından dələduzluq
15 iyul 2026 18:00 (UTC +04:00)

Deputatın adından dələduzluq

0

Milli Məclisin deputatı Şahin Seyidzadənin adından dələduzluq edilib.

Lent.az xəbər verir ki, bu barədə o, özü paylaşım edib. 

"Hazırda mənim Teleqram hesabımdan icazəsiz şəkildə mesajlar göndərilir. Xahiş edirəm, həmin mesajlara reaksiya verməyin, linklərə keçməyin və heç bir əməliyyat etməyin. Mütəxəssislər problemin aradan qaldırılması üzərində çalışırlar. Yaranmış narahatlığa görə üzr istəyir və anlayışınıza görə təşəkkür edirəm", -  paylaşımda qeyd edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar