Daşkəsəndə iki nəfər "Zil" markalı yük maşınının altında qalaraq xəsarət alıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Tapan kəndində qeydə alınıb.
Nəticədə 1986-cı il təvəllüdlü E.Huseynov və 1983-cü il təvəllüldü T.Cəfərov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
Onlardan birin vəziyyətinin ağır, digərinin isə orta ağır olduğu bildirlir.
Məlumata görə, hər iki şəxs ehtiyatsızlıqdan yük maşının altında qalıb.
Fakt araşdırılır.