"Cybertruck" ilə ABŞ-da ilk qəza  - Sürücü öldü 
06 avqust 2024 07:41 (UTC +04:00)

"Cybertruck" ilə ABŞ-da ilk qəza  - Sürücü öldü 

Tesla şirkətinin istehsalı olan “Cybertruck” markalı avtomobilin sürücüsü avtomobilin yoldan çıxararaq boruya çırpılması nəticəsində həlak olub.

Lent.az xəbər verir ki, hazırda Texas polisi ABŞ-da “Cybertruck”ın iştirakı ilə baş vermiş ilk ölümcül qəzanın mümkün səbəblərini araşdırır.

Məlum olub ki, elektromobilin sürücüsü yoldan çıxaraq boruya çırpılıb və nəticədə dünyasını dəyişib.

Bundan əvvəl də “CBS News” kanalı Tesla “Cybertruck” elektrik avtomobillərinin sahiblərinin pasdan şikayət etdiklərini yazmışdı.

“Daily Mail” isə Texasdakı Tesla fabrikində robotun insana hücum etməsi ilə bağlı məlumat yaymışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1959
avatar

Oxşar yazılar