Cəlilabadda FACİƏ:  15 yaşlı oğlan traktorla kişini vurub öldürdü
29 iyul 2024 10:46 (UTC +04:00)

Cəlilabadda FACİƏ: 15 yaşlı oğlan traktorla kişini vurub öldürdü

Cəlilabadda faciəli hadisə baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Kənd sakini 15 yaşlı Məhəmməd Həsənov sürücülük hüququ olmadan atasına məxsus traktoru idarə edərkən Cahid Vahabovu vurub.

Nəticədə Cahid Vahabov aldığı xəsarətlərdən ölüb. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558
avatar

Arzu Qurbanlı

Oxşar yazılar