Çaqqallar kəndə hücum etdi, 3 nəfər yaralandı
15 oktyabr 2026 15:35 (UTC +04:00)

Çaqqallar kəndə hücum etdi, 3 nəfər yaralandı

0

Qusar rayonunun İmamqulukənd kəndində vəhşi heyvanların sakinlərə hücum edib.

Lent.az APA-ya istinadla xəbər verir ki, çaqqalların hücumu nəticəsində 3 nəfər xəsarət alıb.

TƏBİB-dən bildirilib ki, oktyabrın 10-da 2 nəfər (bir qadın, bir kişi), oktyabrın 12-də isə 1 nəfər (qadın) çaqqal dişləməsi səbəbilə Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Xəstəxanada pasiyentlərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Onlara dərhal zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin tətbiq olunub.

Vəziyyətləri stabil qiymətləndirilən hər üç pasiyent ambulator müalicə üçün artıq evə buraxılıb.

Məlumata görə, kənd sakinləri son günlər vəhşi heyvanların yaşayış məntəqəsinə tez-tez daxil olmasından narahatdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar