Bu sürücülər Bakıda  18 nəfərin ölümünə   səbəb oldu
07 dekabr 2021 12:04 (UTC +04:00)

Bu sürücülər Bakıda 18 nəfərin ölümünə səbəb oldu

0

"2021-ci ilin 11 ayı ərzində paytaxt ərazisində nəqliyyat vasitəsini idarə etmək, yəni sürücülük hüququ olmadan idarə olunması üzrə 1300-ə yaxın fakt aşkarlanaraq inzibati tənbeh tədbirləri seçilib".

Bunu Lent.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, sürücülük hüququ olmadan avtomobil idarə edənlərin törətdiyi 39 yol-nəqliyyat hadisəsində 18 nəfər həyatını itirib, 29 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

"Vətəndaşlarımızdan yol hərəkəti qaydalarına ciddi yanaşmağı, sürücülük hüququ olmadan avtomobil idarə etməyin ağır nəticələrə səbəb olduğunu nəzərə alıb, bu qanunsuz əməldən çəkinməyi xahiş edirik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1724

Oxşar yazılar