Bu rayonlara yeni  polis rəisləri  təyin edildi
13 mart 2024 12:10 (UTC +04:00)

Bu rayonlara yeni polis rəisləri təyin edildi

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, pois polkovniki Rüstəm Cəfərov tutduğu vəzifədən azad edilərək Yevlax RPŞ-in rəisi vəzifəsinə təyin edilib. 

Bundan başqa, Binəqədi RPİ-nin rəis müavini, polis polkovniki Ceyhun Qurbanov Beyləqan RPŞ-nin rəisi vəzifəsinə təyin edilib. 

Nazirin daha bir əmri ilə polis polkovnik-leytantı İkram Əhmədov Göyçay Regional Mühafizə rəisi vəzifəsinə təyin edilib. 

# 62592
avatar

Oxşar yazılar