Beyləqanda uşaq kanalda batdı
19 avqust 2024 15:15 (UTC +04:00)

Beyləqanda uşaq kanalda batdı

Beyləqanda su kanalında batan uşağın kimliyi məlum olub.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, su kanalında batan uşağın 2015-ci il təvəllüdlü, Yeni Mil Qəsəbə sakini İbrahimov Əhməd Cahid oğlu olduğu bildirilir.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Axtarışlar davam etdirilir.

 

 

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Baş Mil kanalının Beyləqan rayonu, Yeni Mil qəsəbəsindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

Lent.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 882
avatar

Oxşar yazılar