Autizmli uşaqlar, gizli əlamətləri, valideynlər nə etməli?  - Psixoloq DANIŞDI
19 avqust 2024 17:40 (UTC +04:00)

Autizmli uşaqlar, gizli əlamətləri, valideynlər nə etməli? - Psixoloq DANIŞDI

Əsrimizin psixoloji problemi sayılan autizm ölkəmizdə kifayət qədər yayılıb. Bu gün demək olar ki, 10 ailənin 4-ündə autizmli uşaq var. Bu cür uşaqlar çox həssas olurlar. Autizmli uşaqların ünsiyyət qurmasında problemlər yaranır, nitqində pozğunluq baş verir, təxəyyülü inkişaf etmir, təfəkkürü isə potensial imkan kimi qalır.

Maraqlıdır, bəs, ölkədə autizmin artmasına səbəb nədir? Bu cür uşaqlarla valideynlər necə davranmalıdırlar?

Psixoloq Təhminə Səfərova Lent.az-a açıqlamasında bildirib ki, autizm spektor pozuntusu beyindaxili prosesin pozulması ilə ortaya çıxan uşağın sosial qarşılıqlı əlaqədə, ünsiyyətdə çətinlik çəkdiyi neyro inkişaf pozuntudur. 

Onun sözlərinə görə, autizm erkən uşaqlıq dönəmində artıq özünü göstərməyə başlayır və davam edir:

“Belə ki, göz kontaktı qura bilməmək, adına reaksiya verməmək, qəribə davranışlar, barmaq ucunda gəzmə, səs, işıq və qoxu kimi bir çox məqsədsiz təkrarlayıcı davranışları olur. Autizm uşaqdan uşağa dəyişə bilir. Valideynlər öncəliklə övladının inkişafındakı fərqliliyi  əsasən uzun müddətli bir dönəmə girdiklərinin fərqində olmalıdırlar. Övladından gözləntilərini doğru halda tənzimləyə bilməlidirlər. Nə qədər ki, digər uşaqlarla davranışını mütamadi olaraq müqasiyə edib, gözləntilərini yüksək tutsalar, bir o qədər də xəyal qırıqlığına uğrayacaqlar. Xüsusilə övladının hər kəs kimi düşünmədiyini, anlamadığını bilməli və qəbul etməlidir.

Əsas səbəb budur ki, ata və ana ömür boyu övladına nəzrət etməli, onu gözündən kənar qoymamalıdır, bir sözlə təmkinli yanaşmalıdılar. Əks halda bu uşağın inkişafına da müəyyən səviyyədə təsir göstərəcək. Qeyd etdiyimiz hallarla çox vaxt rastlaşdığımz halda - özünü, cəmiyyəti günahlandıran valideynləri övladı ilə yanaşı özünün də fərdi psixoterapiya alması üçün yönləndiririk”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3669
avatar

Arzu Qurbanlı

Oxşar yazılar