Paytaxt sakini olan bir nəfər Nizami rayonunda yerləşən işlədiyi obyektdən 2000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə polisə məlumat verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş P.Qaraşov və T.Abuşova saxlanılıblar.
Faktla bağlı Nizami RPİ-də araşdırmalar davam etdirilir.