Bir çox insan yuxuya gedərkən üzü üstə uzanır. Çoxları bunun yaxşı bir yuxu mövqeyi olduğuna inanır.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, yastıq üzünüzü tez-tez dəyişməsəniz, dərinizə infeksiya keçə bilər. Buna görə yataq dəstləri ən azı həftədə bir dəfə dəyişdirilməlidir.
Bundan əlavə üzü üstə yatmaq onurğanın vəziyyətinə mənfi təsir göstərə bilər. Boyun nahiyəsində də narahatlıq hiss edə bilərsiniz.
Ona görə də arxası üstə istirahət etmək daha yaxşıdır.