Alen Delon kimdir?  - Kişi ilə yatdığına görə arvadı intihar edən, hamının və heç kimin olmayan kişi
19 avqust 2024 14:12 (UTC +04:00)

Alen Delon kimdir? - Kişi ilə yatdığına görə arvadı intihar edən, hamının və heç kimin olmayan kişi

Dünən dünya şöhrətli kinokatyor Alen Delonu itirdik- dünyanın ən yaraşıqlı və xarizmatik kişisi, milyonlarla qadının ürəyini fəth etmiş mavi gözlü fransızı.

Lent.az “Biqorafiya” rubrikasında ömrünün 88 yaşında həyata vida edən ulduz aktyordan bəhs edir.

- Alen Delon harada və nə zaman anadan olub?

Alen Fabyen Marsel Moris Delon 1935-ci il 8 noyabrda Paris yaxınlığında Soda şəhərciyində anadan olub. 

- Alen Delonun uşaqlıq və gənclik illəri necə keçib?

- 5 yaşı olanda valideynləri ayrılıb, o anası ilə ögey atanın himayəsində yaşayıb. 16 yaşı olanda sallaqxanada qəssab işləməyə başlayıb. Eyni zamanda velosport və boksla məşğul olub. 17 yaşına çatanda Alen Delon Hind-Çinə müharibəyə yola düşüb. Orduda  özünü sərbəst apardığına görə, rütbəsini üç dəfə endirib, sonra bərpa ediblər.

-  Alen Delonu kino üçün kim kəşf edib?

Hərbi xidmətdən sonra həyat onu Hollivud üçün gənc istedad "ovuna" çıxan Harri Uilsonla qarşılaşdırıb. Bununa da 60-cı illərdə Alen Delon əsri başladı desək, yanılmarıq. Kino bu gözəl üzlü gənci sevdi, kütlə ona heyran oldu. O hər çəkildiyi filmə görə o zaman  üçün böyük miqdar hesab olunan 20 milyon frank  alırdı. Hər il ekranlara ən az 4 filmi çıxırdı. Tamaşaçılar yalnız Alen Delon adını eşidərək onun filmlərinə gedirdilər.  Hələ indi də kino tənqidçilər hesab edirlər ki, Alen Delonun sadəcə gözəlliyi vardı. Onun “Qara tülpan”, “Zorro” filmlərindəki  obrazları daha çox sevildi. Alen Delonun ifasında romantik kişi obrazları daha uğurlu alınırdı.

- Alen Delon  ilk dəfə kiminlə evlənib?

Ekranlara ilk çıxışı ilə yaraşıqlı siması ona başgicəlləndirən uğur gətirdi. Həmin dövrün məşhur aktrisalardan biri hesab edilən Romi Şnayder onunla eyni filmdə - "Kristina"da oynamağa razılıq verəndə böyük eşqin və faciəsinin başladığını bilmirdi. Onların tanışlığı çox qısa müddətdən sonra məhəbbətə çevrildi və cütlük uzun müddət eyni mənzildə yaşamalı oldular. Sonradan hətta evlənməyə qərar versələr də, bu baş tutmadı. Şöhrətdən başı gicəllənən Alen Delon demək olar hər gün özünə yeni sevgili tapırdı. Qadınlar milçək şirəyə yığılan kimi, onun başına yığılırdı. Cütlük bu səbəblə ayrıldı.

Lakin Romi ilə Alenin münasibətləri belə asan başa çatmadı. Hər ikisi başqa adamlarla evlənsələr də, günlərin birində yenidən bir araya gəldilər, köhnə sevgi alovlandı, Rominin əri qəzetlərdə gedən xəbərlərin ağırlığına dözə bilməyib, intihar etdi. Alen Delon  da, Romi də özlərini bu ölümdə günahkar sayırdılar, onlar yenidən ayrıldılar. 42 yaşı olanda Rominin 14 yaşlı oğlu Devid faciəvi şəkildə öldü, o yenə təsəllini Alen Delonda və antidepressantlarda axtarırdı. Günlərin birində Romi Alen Delonu milyoner bir kişi ilə yataqda görəndə dünya başına yıxılmış kimi hiss etdi və içdiyi bir ovuc antidepressantla həyatına son qoydu. 

- Alen Delonun neçə sevgilisi var idi?

Alen Delonun həyatında nə qədər qadının olduğunu heç aktyorun özü də bilmirdi. Bir dəfə bir günlük münasibətlərdə olduğu qadınların sayının 3 mindən çox ola biləcəyini demişdi.

- Alen Delon rəsmi qaydada neçə dəfə evil olub?

Onun 3 evliliyi və 3 övladı var. Fabian, Anoni adlı oğulları, Anuşka . Hərçənd özünü Delonun  oğlu élan eləmiş daha bir neçə nəfər barədə də məlumatlar var. Bütün qadınları onun çox azad ruhlu, kəskin xarakterli olmasından şikayətçi idilər. Alen Delon hamının idi və eyni zamanda heç kəsin deyildi. Milyonlarla qadının ürəyini fəth edən bu yaraşıqlı cəngavər özünü “tənha kişi” adlandırırdı və ömrünün son 10 ilini demək olar ki, tənha yaşadı.

-  Alen Delon varidatını kimə vəsiyyət  edib?

O itləri və atları çox sevirdi, malikanəsində çoxlu sayda at və it bəsləyirdi. Hətta ölərkən mülkündən heyvanlarına da pay vəsiyyət edcəyini bildirib. O hər zaman deyərdi ki, itlər və atlar insanlardan fərqli olaraq  xəyanət etmirlər. Təbii ki, onun mülklərinin böyük hissəsi övladları arasında bölünüb.

- Alen Delon eftanaziya yolu ilə həyatına son verib?

O, 2012-ci ildə o son rolunu oynadıqdan sonra, evtanaziya yoluyla  ölməyə hazırlaşdığını bəyan eləyib.Bu məqsədlə 86 yaşlı aktyor artıq bu prosedurun qadağan olunmadığı İsveçrəyə köçüb. O insult keçirib və inzivaya çəkilib.  Aktyor böyük oğluna son səfərinə necə kömək edəcəyi ilə bağlı göstərişlər verərək, varislərinə mülk üstündə dava etməməyi tövsiyə  eləyib.

Maraqlıdır ki, aktyor özü evtanaziya məsələsini gündəmə gətirməsinə, hətta 2022-ci ilin aprel ayında onun ölüm xəbəri  gündəmə gəlməsinə baxmayaraq, oğlu Fabian onun sağ olduğunu deyib, yaşlı atasının dinc buraxılmasını tələb edib. "Atam evtanaziya istəmir, bir gün aparatlardan asılı qalacaq olarsam, aparatı cərəyandan ayırın" deyib. Buraxın mənim qoca atam ömrünün son günlərini istədiyi kimi, sakit və gözdən uzaqlarda yaşasın", deyə oğlu bildirib.

O, evtanaziya ilə ölmək üçün ölkə dəyişib, ölüm xəbərləri yayılıb, həyatda olsa da özünü milyonlar üçün ölü elan edib, gözlərdən uzaqlaşıb. Amma milyonlarla kinosevərin könlündən silinməyib. Aktyorun həyatının son illəri həm də uşaqları ilə bağlı müxtəlif qalmaqallar və məhkəmə çəkişmələri ilə kölgədə qalıb. Ailə çəkişmələrinin səbəblərindən biri miras bölgüsü məsələsi olub. Delona yaxın adamlar övladlarının aktyoru öldürməyə cəhddə ittiham ediblər.

Qeyd edək ki, bu ilin aprelində Fransanın Montarji kommunasının məhkəməsi Alen Delon üçün gücləndirilmiş qəyyumluq rejimi təyin edib. Delonun gəliri və əmlakı qəyyumun öhdəsinə keçdi. Lakin həmin şəxsin adı açıqlanmayıb.

Aktyorun ailəsi bildirib ki, o təbii ölümlə vəfat edib. 88 yaşında Fransada Duşi kommunasındakı evində həyatla vidalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6720
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar