"Mən o sözləri deməklə səhv etdim" - MƏŞHUR ŞƏRHÇİDƏN ETİRAF
19 avqust 2024 21:19 (UTC +04:00)

"Mən o sözləri deməklə səhv etdim" - MƏŞHUR ŞƏRHÇİDƏN ETİRAF

Məşhur basketbol şərhçisi və ekspert Vladimir Qomelski bu il Parisdə keçirilən Olimpiadada ABŞ komandasının çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, şərhçi bir məsələdə yanıldığını etiraf edib:

“Turnir başlamazdan əvvəl demişdim ki, ABŞ komandasının ən zəif nöqtəsi yaşdır, amma yanılmışam. Yaş Amerika komandasının ən böyük gücüdür. Yenə də meydanda ən yaxşılar LeBron, Durant, Curry və Davis idi. Mən həmin fikirləri deməklə səhv etdim”.

Xatırladaq ki, ABŞ yığması 2024-cü il Olimpiya Oyunlarının qalibi olub. Amerikalı LeBron Ceyms olimpiya basketbol turnirinin ən dəyərli oyunçusu kimi tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 711
avatar

Arzu Qurbanlı

Oxşar yazılar