İrandan Azərbaycana narkotik gətirənlər  tutuldu
19 avqust 2024 16:11 (UTC +04:00)

İrandan Azərbaycana narkotik gətirənlər tutuldu

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının (DSX) birgə keçirdikləri növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitələrin dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Lent.az xəbər verir ki, daxil olmuş məlumat əsasında Sabunçu rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbirlərlə Əzəmət Əhmədzadə və tanışı əvvəllər də narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Şərif Məmmədov saxlanılıblar. 

Ə.Əhmədzadənin idarə etdiyi nəqliyyat vasitəsindən 23 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb. 

Şübhəli şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsi ilə paytaxt ərazisində gizlədilən yerdən əldə etdiklərini bildiriblər. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 843
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Sabirabadda 47 yaşlı kişi ÖZÜNÜ ASDI

Sabirabadda 47 yaşlı kişi ÖZÜNÜ ASDI

20 avqust 2024 , 00:01
Qusarda DƏHŞƏT:  43 yaşlı kişini güllələyib öldürdülər

Qusarda DƏHŞƏT: 43 yaşlı kişini güllələyib öldürdülər

19 avqust 2024 , 22:06
Qusarda DƏHŞƏT:  oğlu atasının asılmış meyitini tapdı

Qusarda DƏHŞƏT: oğlu atasının asılmış meyitini tapdı

19 avqust 2024 , 19:21
Bakıda DƏHŞƏT:  Laqonda ilə özünü doğrayan kişi öldü

Bakıda DƏHŞƏT: Laqonda ilə özünü doğrayan kişi öldü

19 avqust 2024 , 17:01
Bakıda 40 minlik  OĞURLUQ

Bakıda 40 minlik OĞURLUQ

19 avqust 2024 , 15:41
Beyləqanda uşaq kanalda batdı

Beyləqanda uşaq kanalda batdı

19 avqust 2024 , 15:15
Bakıda qadın və kişi İşlədiyi yerdən  xeyli qızıl apardılar

Bakıda qadın və kişi İşlədiyi yerdən xeyli qızıl apardılar

19 avqust 2024 , 13:59
Bakıda marketə BASQIN

Bakıda marketə BASQIN

19 avqust 2024 , 13:33