Bakıda marşrut avtobusunda YANĞIN - VİDEO
19 avqust 2024 10:57 (UTC +04:00)

Bakıda marşrut avtobusunda YANĞIN - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində, “Lökbatan” dairəsində sərnişin avtobusunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Lent.az-a FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 164 saylı marşrut xətti ilə hərəkət edən “DAEWOO” markalı sərnişin avtobusunda baş verdiyi müəyyən edilib.

Hadisə nəticəsində avtobusun salon hissəsi qismən və arxa sol təkərləri yanıb. Avtobusun böyük hissəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 939
avatar

Arzu Qurbanlı

Oxşar yazılar