Bakıda evdən meyit tapıldı
19 avqust 2024 11:38 (UTC +04:00)

Bakıda evdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində 2 nəfərin liftdə, Nəsimi rayonunda 1, Binəqədi rayonunda 1, Nizami rayonunda 1 və Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

Lent.az-ın FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatlarla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasetmə tədbirləri nəticəsində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib, bir nəfərin isə meyiti aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1104
avatar

Oxşar yazılar