Seksual idmançı Neymarın xoşuna gəlib: “Mənə mesaj göndərdi”
19 avqust 2024 12:02 (UTC +04:00)

Seksual idmançı Neymarın xoşuna gəlib: “Mənə mesaj göndərdi”

Üzgüçü futbolçu ilə söhbətinin təfərrüatlarını açıqlamayıb

Luana Alonso, Paraqvay komandasında gərginliyə səbəb olan qeyri-münasib davranışa görə Parisi tərk etmək məcburiyyətində qaldığı bildirilən Olimpiya kəndindən mübahisəli şəkildə çıxdıqdan sonra diqqət mərkəzinə düşüb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, indi gənc üzgüçü braziliyalı futbol ulduzu Neymarın iki il əvvəl onunla əlaqə saxlamağa çalışdığını açıqlayıb.

Yerli radio şousu Aire de Todosa bu yaxınlarda verdiyi müsahibə zamanı Luana Alonso Neymarın 2022-ci ildə “Instagram”da ona mesaj atdığını açıqlayıb.

Cazibədar idmançı o zaman cəmi 18 yaşında olub və futbol ulduzunun mesajı əvvəlcə diqqətdən kənarda qalıb. İddialara görə, o, buna daha sonra cavab verib, lakin onunla “Əl-Hilal”ın hücumçusu arasındakı söhbətin təfərrüatlarını açıqlamaq istəməyib.

"O, mənə mesaj göndərdi. Deyə biləcəyim tək şey budur" Luana Alonso söyləyib. 

O, yalnız braziliyalı futbolçunun “Instagram” profilində fotolardan birinə reaksiya verdiyini qeyd edib.

Paris Olimpiadasında 20 yaşlı üzgüçü 100 metr məsafəyə kəpənək üsulu ilə üzgüçülük yarışında iştirak etsə də, finala vəsiqə qazana bilməyib və ardınca milli komandanı tərk edərək karyerasını bitirmək qərarını açıqlayıb.

O vaxtdan bəri Luana Alonsonun “Instagram”da izləyiciləri sürətlə artıb. Olimpiya Oyunları başlamazdan əvvəl onu 600 minə yaxın azarkeş izləyirdisə, indi 1,2 milyondan çoxdur.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1482
avatar

Oxşar yazılar