Beyləqanda QƏZA:  Avtomobil ağaca çırpıldı
04 iyul 2024 09:44 (UTC +04:00)

Beyləqanda QƏZA: Avtomobil ağaca çırpıldı

Beyləqan rayonunda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var.

Lent.az-ın məlumatına görə, hadisə Mil qəsəbəsi istiqamətində qeydə alınıb.

1987-ci il təvəllüdlü Vəliyev Hafiz Fəyyaz oğlunun idarə etdiyi “Khazar LX Minik" markalı avtomobili idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə H.Vəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, həmin avtomobildə sərnişin qismində olan 1996-cı il təvəllüdlü Kazımov Münsif Şahin oğlu isə aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

Faktla araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1557
avatar

Arzu Qurbanlı

Oxşar yazılar