Bərdədə "KaMAZ" "Jiquli" ilə toqquşdu, ölən var
14 noyabr 2023 09:20 (UTC +04:00)

Bərdədə "KaMAZ" "Jiquli" ilə toqquşdu, ölən var

Bərdədə ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə Bərdə-Tərtər yolunda baş verib. Cabbarov Təhsin Məhərrəm oğlunun idarə etdiyi "KaMAZ" markalı avtomobil 37 yaşlı Məhərrəmov Elməddin Məhəmməd oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3438
avatar

Mehman Nəbiyev

Oxşar yazılar