Bayram günləri yollarda 9 nəfər ölüb
24 mart 2021 10:59 (UTC +04:00)

Bayram günləri yollarda 9 nəfər ölüb

Azərbaycanda bayram günləri baş verən yol qəzalarının statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, martın 20-dən 24-dək Azərbaycanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 9 nəfər ölüb, 5 xəsarət alıb.

# 957
avatar

Oxşar yazılar