Bakının mərkəzində qadın restorandan külli miqdarda oğurluq etdi
06 avqust 2024 12:50 (UTC +04:00)

Bakının mərkəzində qadın restorandan külli miqdarda oğurluq etdi

Bakıda restorandan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyulun 29-da paytaxtın Səbail rayonu ərazisində yerləşən restoranların birindən içərisində 12750 manat və qızıl qolbaq olan çantanın oğurlanması barədə polisə məlumat daxil olub.

Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Vəfa Bəylərova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1860
avatar

Oxşar yazılar