Bakıda zəncirvari qəza: Bir qadın... - FOTO
19 fevral 2023 02:37 (UTC +04:00)

Bakıda zəncirvari qəza: Bir qadın... - FOTO

Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, qəza Əliyar Əliyev küçəsində qeydə alınıb.

Hadisə "Hyundai", iki “Toyota”, “Tofaş” və “Chevrolet” markalı avtomobillərin iştirakı ilə baş verib.

Avtomobillərə ciddi ziyan dəyib.

Hadisə nəticəsində Davudova Səbiqə Rasim qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Avtomobillər ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1968
avatar

Oxşar yazılar