Bakının Nərimanov rayonunda 12 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsi ev 26-da qeydə alınıb.
Belə ki, 2010-cu il təvəllüdlü Mirzəzadə Fərəh Vüqar qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzildə yeni il üçün dekorasiya qururmuş.
Həmin vaxt o, pəncərədən yıxılıb.
O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı hüquq mühafizə orqanın əməkdaşları tərəfindən araşdırma aparılır.